AZ

DYP-dən Bakı-Quba yolu ilə bağlı xəbərdarlıq

 

1b8cf22160fdbd442493377c2c42f7e9.jpg
14.05.2022 10:57

TED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.

 

Müraciətdə deyilir:

 

“Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.

 

DİN-in Baş DYP İdarəsi xüsusilə həftəsonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox