AZ

Neft və Sənaye Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

 

c9629cc83d8ed5f3d69ec967e4980ba0.jpg
14.05.2022 11:20

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SPM Oil and Gas” şirkəti ilə görüş keçirilib.

 

ADNSU-dan TED.az-a bildirilib ki, universitetin rektoru professor Mustafa Babanlı ali təhsil müəssisəsində görülən işlər, əməkdaşlıq əlaqələri, akkreditasiya olunan ixtisaslar, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının universitetin prioritet istiqamətlərindən biri olduğunu deyən rektor M.Babanlı “SPM Oil and Gas” şirkətinin ehtiyaclarına uyğun kadrların yetişdirilməsi üçün tələbələrin şirkətdə təcrübəyə cəlb olunması, eyni zamanda, şirkət mütəxəssislərinin dəvətli professor qismində seminarlar keçməsi üçün birgə işlər görülməsinin vacib olduğunu deyib.

 

“SPM Oil and Gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri Elnur Qulamov təmsil etdiyi şirkət haqqında məlumat verib və ADNSU ilə innovativ layihələrin işlənib-hazırlanmasında, yenilikçi ideyaların reallaşdırılmasında, tələbələrin təcrübə keçməsi üçün imkanların yaradılmasında maraqlı olduqlarını qeyd edib.

 

Sonda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Memoranduma əsasən, ADNSU-nun tələbə və müəllimlərinin təcrübə prosesində neft sənayesində istifadə olunan texnologiya və məhsullar ilə tanışlığı, tələbələr üçün seminarların təşkilinə, kurikulum çərçivəsində tələbələr üçün mühazirələrin keçirilməsinə dəstək göstərilməsi, həmçinin universitet tərəfindən potensial təcrübə və iş imkanları üçün şirkətə məlumat göndərilməsi və anlaşmadan irəli gələn digər məsələlərin icrası nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox