AZ

UFAZ tələbələri “Holcim Azerbaijan”da sahə təcrübəsi keçiblər

d0a895b7776e662e30013d0adf4900c1.jpg
14.05.2022 14:20

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya mühəndisliyi ixtisası üzrə II kurs tələbələri “Holcim Azərbaycan” ASC-yə ekskursiya ediblər. Onlara ixtisas üzrə koordinator Maksim Florent rəhbərlik edib.

 

UFAZ-dan TED.az-a bildirilib ki, ekskursiya zamanı tələbələrə şirkətdə sement istehsalı qaydası və təhlükəsizlik tədbirləri haqqında təqdimatlar olunub. Onlar üçün “Holcim Azərbaycan” tikinti şirkətinə təcrübə keçmək imkanları da müzakirə edilib. Sonda tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox