AZ

Android 13 əməliyyat sisteminin detalları açıqlanıb

 

f16856262f5cf23237d3878df03a7404.jpg
14.05.2022 17:20

“Google” I/O 2022 təqdimatı zamanı yeni Android 13 Tiramisu əməliyyat sistemini rəsmi olaraq təqdim edib. Şirkət qeyd edib ki, bu versiya 2014-cü ildən bəri ən çox yeniləmə alıb.

 

TED.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

 

Əməliyyat sisteminin görünüşü ilə yanaşı, funksionallığı da dəyişib. İstifadəçilər hər bir proqram daxilində dili dəyişə biləcəklər. Məsələn, bank tətbiqi fransız, digər ayarlar isə ərəb dilində ola bilər.

 

Eyni zamanda korporasiya “Google Pay”ı əvəz edəcək təmassız ödəniş üçün yeni “Google Wallet” tətbiqini təqdim edib. O, “Apple” cihazlarındakı “Apple Pay” kimi özündə peyvənd sertifikatı, biletlər, bank kartları və digər məlumatları saxlayacaq.

 

Yeni əməliyyat sistemi hal-hazırda yalnız beta versiyada mövcuddur. Tamhüquqlu Android 13 Tiramisu 2022-ci ilin yayın sonu və ya payızın əvvəli işıq üzü görəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox