AZ

Niyə telefonu yastığın altına qoymamalısan? - Çoxlarının bundan xəbəri yoxdur

 

27281de99794ed97e544b24bde4ed3a2.jpeg
16.05.2022 10:40

Yastığın altında telefonla yatmaq qəti qadağandır.

 

TED.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, sağlamlığa çox mənfi təsir göstərə bilər.

 

Niyə telefonu yastığının altına qoymamalısan?

 

Əgər siz daim smartfonunuzu yastığınızın altına qoyub yatsanız, elektromaqnit dalğaları uzun müddət ərzində beyin fəaliyyətinə mənfi təsir göstərəcək.

 

Həmçinin qadcetin həddən artıq qızması və hətta alışması riski mövcuddur.

 

Gecə telefonu yastığın yanına qoymaq da olmaz, bu, yuxunun pozulmasına və narahatlığın artmasına səbəb ola bilər, ümumiyyətlə, sinir sisteminə pis təsir edər.

 

Mütəxəssislər yatmazdan ən azı bir saat əvvəl qadcetlərdən istifadəni dayandırmağı tövsiyə edir.
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox