AZ

2022-ci ilin ilk Ay tutulması

 

4fa8233963d92c0ebceb249d85ad67f5.jpg
16.05.2022 11:40

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.

 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından TED.az-a bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

 

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox