AZ

Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir

 

5d9f3f61374d212c0bb93b7928408922.jpg
16.05.2022 13:35

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 17-dən 21-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

 

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox