AZ

Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır

 

7a5847c93892106edb3bbaa14af80d09.jpg
16.05.2022 13:50

AMEA İnformasiya Texnologiyaları İnstitutunda səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır və bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında məlumat verilib.

 

İnstitutdan TED.az-a bildirilib ki, seminarda elmi müəssisənin əməkdaşı Aytən Əhmədovanın “Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində səhiyyə sferasında fəaliyyət ənənəvi formadan elektron formaya keçib, səhiyyə informasiya sistemlərində qərarların qəbul edilməsini dəstəkləyən müxtəlif növ böyükhəcmli verilənlər toplanıb. Hazırda bu proses dinamik olaraq davam etməkdədir.

 

Daha sonra məruzəçi mobil səhiyyə (mHealth), tibbi verilənlər barədə məlumat verib. O, səhiyyədə verilənlərin analitikasının müalicə xərclərini azaltmaq, epidemiyaların baş verməsini proqnozlaşdırmaq, qarşısı alına bilən xəstəliklərdən qaçmaq, ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırmaq kimi müsbət potensiala malik olduğunu nəzərə çatdırıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox