AZ

Nextstep İnnovasiya Mərkəzi və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə pre-inkubasiya proqramı başlayır

 

8243a76bf166d3e16213813870318693.png
09.06.2022 18:57

Nextstep İnnovasiya Mərkəzi və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, stratap biliklərinin arıtırlması üçün pre-inkubasiya proqramına başlayır.  

 

TED.az xəbər verir ki, 12 həftə davam edəcək inkubasiya proqramının ilk mərhələsində startap təsisçilərinə müxtəlif sahələrdən olan mütəxəssislər mentorluq və kouçinq dəstəyi göstərəcək. 


Sonrakı mərhələdə proqram startapçılara təməl biliklər verməklə yanaşı,  işlək məhsulu (MVP) yaratmaq və satış prosesini qurmaqda kömək edəcək. Burada əsas məqsad ideyanı formalaşdırmaq və onu inkişaf etdirməkdir. Həmçinin proqrama qəbul olunan komandalar proqramın sonuna qədər öz ideyalarına əsaslanan biznes prototipinin hazırlanmasına nail olmalıdırlar.

 

Pre-inkubasiya proqramında komandalar aşağıdakı mövzularda bilik əldə edəcəklər:

 

1. Biznes modelin hazırlanması və inkişafı

 

2. Bazar araşdırması və müştəri problemlərinin yoxlanılması

 

3. İlkin işlək məhsulun hazırlanması

 

4. İnvestisiya və “Pitch day”

 

İndiyə qədər pre-inkubasiya proqramına müraciət etmiş 12 startapdan 5 startap proqrama seçilib. Bunlar “Abyss”, “Legal”, “Auto Source”, “Utilix”, “Safavy” startaplarıdır. 

 

Nextstep İnnovasiya Mərkəzinin və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək pre-inkubasiya proqramı 14 iyun - 2 sentyabr tarixlərində davam edəcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox