AZ

Rəsədxananın növbəti beynəlxalq astrofizika seminarı

86d9a42a2c13fe2b3160bf3bb4ec63ce.png
14.06.2022 16:57

Şamaxı Astrofizika Rəsədxanasının növbəti Beynəlxalq Astrofizika seminarı keçirilib.

 

Bu barədə TED.az-a rəsədxanadan məlumat verilib.

 

Akademik Roald Saqdeyevin rəhbərliyi ilə onlayn təşkil olunan seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Çili Bernard Universiteti, ABŞ, Estoniya və Ukraynadan olan astronomlar iştirak ediblər.

 

Seminarda Ukrayna astronomu Pavlenko Ya Beta Pic ulduzunun peyk fotometrik müşahidələri əsasında ulduzun ətrafında kometəbənzər cismin aşkar olunduğu haqqında məruzə edib. O göstərib ki, ulduzun parlaqlıq əyrisində müşahidə olunan asimmetriya modelləşdirilərək həll edilib. Asimmetriyanı yaradan quyruqlu kometəbənzər cisim ola bilər.

 

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox