AZ

Azad olunmuş ərazilərdə avtomobillər üçün elektrik doldurma məntəqələri yaradılacaq

d8afc7031904623b570445aabfed95a4.jpg
22.06.2022 19:20

Azad olunmuş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri yaradılacaq.

 

TED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022- 2026-cü illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox