AZ

Microstrategy: Bitcoin-dən başqa digər tokenlərin 99%-i uğursuz olacaq

f2c98909f4f1d2c03152de14e0c247c6.jpg
30.06.2022 21:58
Microstrategy CEO Michael Saylor, Bitcoin-in varlığını qoruyub saxlayacağını düşündüyünü, lakin digər rəqəmsal aktivlərin çoxunun qalmayacağını deyib. 
 
 
TED.az xəbər verir ki, Microstrategy CEO-su Michael Saylor Bloomberg-ə kriptovalyutaların ucuzlaşması və rəqəmsal aktivlərin gələcəyi ilə bağlı fikrilərini açıqlayıb. 
 
 
Bitkoinin varlığını qoruyub-saxlaycağını düşündüyünü, ancaq digərlərinin çoxunun məhv olacağını söyləyən Seylor, “Bitcoindən başqa 20 minə yaxın kriptovalyuta var. Bitcoin istisna olmaqla, 99%-i uğursuzluqla üzləşəcək. Bitcoin həqiqətən yaxşı işlənmiş mərkəzləşdirilməmiş aktivdir; Ona görə də varlığını saxlaya biləcək”.
 
 
Kriptovalyuta Birjaları üçün tənzimləmə ehtiyacının olduğunu vurğulayan Saylor, “Həddindən artıq token və rəqəmsal aktiv var, müəyyən qaydaların tətbiqi ilə ilə bunlar bir az daha azalacaq. Bundan əlavə, tənzimləyicilərin kriptovalyuta təhsili verməsi vacibdir.
 
 
Özünüzü aylıq və ya həftəlik olaraq inflyasiyadan hedcinq etmək istəyirsinizsə, deməliyəm ki, bu, qısamüddətli təhlükəsiz liman strategiyası deyil. Edə biləcəyiniz şey uzunmüddətli strategiya qurmaqdır. Dörd il və ya daha çox müddəti əhatə edən strategiyanız olmalıdır. Uzunmüddətli strategiya səbətdə müxtəlif alətlər tələb edir”, - deyə o bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox