AZ

UNEC-də təkrar ali təhsilə sənəd qəbulunun müddəti uzadılıb

 

64cb13fcee64b843533497d728dd3b4d.jpg
01.07.2022 10:20

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti sentyabrın 1-dək uzadılıb.

 

UNEC-dən TED.az-a bildirilib ki, bakalavr pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.

 

Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

 

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox