AZ

Nazir Rəşad Nəbiyev Şamaxıda vətəndaşlarla görüşüb

de5dbbc9ce65cd59e68806a7b7237df7.jpg
01.07.2022 10:57

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şamaxı şəhərində vətəndaşlarla görüşüb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TED.az-a bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

 

Vətəndaş qəbulunda Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

 

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin Şamaxı şəhərində vətəndaşlarla görüşü mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox