AZ

Səhiyyə naziri koronavirusa yoluxma saylarındakı nisbi artımdan danışdı

 

ec13e4b1232c28304e13bdaff168df6e.jpg
01.07.2022 11:20

Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır.

 

TED.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət stabildir.

 

"Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya sayları bu gün kifayət qədər aşağı rəqəmlərdədir. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq", - nazir deyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox