AZ

Gürcüstan kibertəhlükəsizliyini möhkəmləndirmək üçün xaricdən maliyyə yardımı alır

 

3dd63e0e4714dc6b36b7e7a5f2dbf1f6.png
01.07.2022 11:57

Gürcüstan kibertəhlükəsizliyini möhkəmləndirmək üçün xarici ölkələrdən maliyyə dəstəyi alır. Britaniya hökuməti Gürcüstana bu məqsədlər üçün 5 milyon funt sterlinq maliyyə yardımı ayırıb.

 

TED.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüşdə məlumat verilib.

 

Bildirilib ki, bu yardım Böyük Britaniyanın Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstəyinin növbəti mərhələsidir. Bu, Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni kibertəhlükəsizlik strategiyasını hazırlamağa imkan verəcək. Britaniya, həmçinin kibermüdafiəni və bu sahədə imkanlarını gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox