AZ

ANAMA ilə Fransanın ölkəmizdəki səfirliyi arasında imzalanmış niyyət bəyannaməsi çərçivəsində agentliyə yeni avadanlıqlar verilib

 

cc3359d369f59ea09b3f18898581079e.jpg
03.08.2022 10:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında avqustun 3-də Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.

 

ANAMA-nın mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Agentliyin Horadiz regional mərkəzində keçirilən tədbirdə 2022-ci il 25 fevral tarixli niyyət bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

 

Təqdimat tədbirində Agentliyin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış ediblər.

 

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O, bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları ölkəmizdə həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

 

Sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair sərgiyə baxış keçiriblər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox