AZ

Dövlət İmtahan Mərkəzi: I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 bal olub

5341a6c78ad99025d684a9c797770a90.jpg
03.08.2022 15:20

İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanında ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib.

 

DİM-dən TED.az-a bildirilib ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

TED + bölməsindən digər xəbərlər

Daha çox