AZ

E-kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri araşdırılıb

02373531cbcc203f293cf5b2d13ca8f5.jpg
03.08.2022 15:57

İnformasiya Texnologiyaları İnstitutunda elektron kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri araşdırılıb.

 

İnstitutdan TED.az-a  bildirilib ki, məhsul və xidmətlərin internet şəbəkəsi vasitəsilə onlayn formada alışı və satışı prosesini nəzərdə tutan elektron kommersiya müasir dövrün qlobal trendlərindən biridir. E-kommersiya fəaliyyətinin reallaşdırılmasında ticari əməliyyatlar üzrə texnoloji proseslərin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə imkan verən texniki vasitələrdən, proqram məhsullarını və metodları özündə cəmləşdirən elektron kommersiya sistemlərindən istifadə olunur. Subyekt və obyektlərinə görə e-kommersiya sistemlərinin təsnifatı aparılır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox