AZ

Azərbaycanda son sutkada 512 nəfər COVID-19-a yoluxub

 

26d01cb1d56a87931d29b154e986b068.jpg
03.08.2022 17:20
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
 
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
 
 
Azərbaycanda indiyədək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir.
 
 
Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox