AZ

Ötən il dünya üzrə elektromobillərin satışı 160 faiz artıb

7015d45f2fcf25702543eb7ac6710f58.jpg
04.08.2022 15:57

Energetika Nazirliyi elektromobil avtomobillər haqqında videoçarx hazırlayıb.

 

Nazirlikdən TED.az-a bildirilib ki, 2021-ci ildə qlobal avtomobil satışlarının təqribən 10 faizini elektromobillər təşkil edib.

 

Ötən il dünya üzrə elektromobillərin satışında 160 faiz artım olub. Hazırda dünyada 10 milyon elektromobil istifadə edilir ki, bu da bütün maşınların 0,7 faizi deməkdir. Bu göstəricinin 2030-cu ilə qədər 7 faizə çatacağı gözlənilir.

 

Dünya üzrə elektriklə işləyən avtomobillərin ümumi sayı təxminən 16,5 milyona çatıb. Cari ildə də elektrikli avtomobillərin qlobal satışları kəskin şəkildə artıb. Bu ilin birinci rübündə 2 milyon elektrikli avtomobil satılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 75 faiz çoxdur.

 

Bazarda mövcud olan elektrikli nəqliyyat vasitəsi modellərinin sayı 450-ə yaxındır.

 

Ötən il elektrikli nəqliyyat vasitəsi satışlarının artmasına Çin rəhbərlik edib. Çində satılan elektrikli nəqliyyat vasitəsinin sayı 3,3 milyon olub.

 

2021-ci ildə Avropada yeni elektrikli avtomobil satışı üzrə ən yüksək bazar payı olan ölkələrə Norveç (86 faiz), İslandiya (72 faiz), İsveç (43 faiz), Hollandiya (30 faiz), Fransa (19 faiz), İtaliya (9 faiz) və İspaniya (8 faiz) daxildir.

 

Hazırda mövcud olan siyasət ssenarisi (IEA Stated Policies Scenario-STEPS) çərçivəsində elektrikli avtomobillərin 2030-cu ildə ümumi avtomobil satışının 20 faizini təşkil edərək, sayının 200 milyona çatacağı proqnozlaşdırılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox