AZ

Azərbaycanda daha 495 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

 

dce64d67a4a798291f1e481919017a11.jpg
04.08.2022 17:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 800 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 2 884 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox