AZ

“Meta” ilk dəfə istiqraz bazarına çıxacaq

 

a7f3be67f017cad499e06be9b2f46ff8.jpeg
04.08.2022 17:57

“Bloomberg” məlumatlı mənbələrə istinadən yazır ki, “Meta” şirkəti tarixində ilk dəfə istiqraz bazarına çıxa bilər. Mənbələrə görə, “Meta” şirkəti “JPMorgan Chase & Co”, “Morgan Stanley”, “Barclays Plc” və “Bank of America Corp” banklarından sabit gəlir alətlərində investorlarla bir sıra görüşlər təşkil etməyi xahiş edib.

 

TED.az bu barədə “Forbes”a istinadən xəbər verir.

 

“Bloomberg”in tərtib etdiyi məlumatlara görə, “Meta”, icarə öhdəlikləri istisna olmaqla, birinci rüb üçün qısamüddətli və ya uzunmüddətli borcu olmayan 18 S&P 500 şirkətindən biridir.

 

Avqustun 3-də beynəlxalq reytinq agentlikləri “S&P Global Ratings” və “Moody’s” “Meta”ya müvafiq olaraq “AA-” və “A1” reytinqləri veriblər.

 

Agentlik xatırladır ki, “Meta”nın səhmləri 2022-ci ilin əvvəlindən ucuzlaşır – fevralda onlar bir anda 20%-dən çox düşüb. Daha sonra eniş güclənib və “Meta” bir günlük birja çöküşünün ölçüsünə görə rekord vurub – 25%.

 

Bütövlükdə, “Meta” səhmləri “TikTok”dan artan rəqabət, eləcə də şirkətin baş direktoru Mark Zukerberqin metaversenin inkişafına yönəlməsindən qorxan investorların iqtisadi narahatlıqları fonunda ilin əvvəlindən bəri 52% ucuzlaşıb, “Bloomberg” xəbər verir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox