AZ

Azərbaycan-Fransız Universitetinə qəbul imtahanının nəticələri avqustun 8-də açıqlanacaq

50c38914f001121b1454b6d3238030ca.jpg
04.08.2022 22:20

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əsgərov, elmi ekspert, Strasburq Universitetinin professoru Pyer Kollet və digər nümayəndələr bu gün UFAZ-a 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə keçirilmiş qəbul imtahanı prosesini müşahidə edib, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar.

 

Bu barədə TED.az-a ADNSU-dan məlumat verilib.

 

İmtahanın nəticələri avqustun 8-də açıqlanacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox