AZ

Azərbaycan Memarlıq və İnşaat Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək

65cb56fc4397cffa6474bde118ff8d70.jpg
04.08.2022 23:40

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ildən ödənişsiz əsaslarla Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək.

 

Bu barədə TED.az-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, abituriyentlər və subbakalavrlar elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında kömək, texniki dəstək və məsləhət xidməti üçün AzMİU-da fəaliyyət göstərəcək Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 16:00-dək xidmət göstərir.

 

Xatırladaq ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün ixtisas seçimi avqustun 16-dan 28-dək həyata keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox