AZ

Təhsil sahəsində işləməyə marağı olan gənclər üçün təcrübə proqramı təşkil ediləcək

 

fa98c149870678c7fd6e3ddf9b6c8e57.png
05.08.2022 10:40

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəbin son kursunda təhsil alan bakalavr, magistr tələbələri və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək.

 

Bu barədə TED.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təcrübə proqramında öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gənclər iştirak edə bilərlər.

 

Namizədə aid tələblər:

 

- Ali təhsil;

 

- “MS Office” proqramları üzrə bacarıqlar;

 

- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

 

- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;

 

- Təşkilatçılıq bacarıqları;

 

- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;

 

- Təhsil sahəsinə maraq;

 

- Təşəbbüskarlıq və innovativlik.

 

Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:

 

- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;

 

- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;

 

- Təhsil tədqiqatlarının aparılması;

 

- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;

 

- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;

 

- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;

 

- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

 

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dillərində avqustun 14-dək “Təcrübə proqramı” başlığı (subject) ilə innovations@arti.edu.az elektron poçt ünvanına göndərməlidirlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox