AZ

Bu il kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə ikili diplom proqramına qəbul həyata keçiriləcək

 

fc9a1fcd886cfa0ec1baad80e862bae0.jpg
05.08.2022 14:57

Azərbaycan Texniki Universiteti (AzTU) və Ankara Universiteti arasında imzalanmış ikili diplom müqaviləsinə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə qəbul həyata keçiriləcək. Bu, AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.

 

AzTU-dan TED.az-a  bildirilib ki, müqavilə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənib.

 

Qeyd edək ki, AzTU və Ankara Universiteti arasında ikili diplom müqaviləsi ötən il imzalanıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox