AZ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

be423a698d21a610fb62a19fba2f4019.png
05.08.2022 15:20

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində görüləcək işlərlə bağlı məlumat yayıb.

 

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata əsasən, avqustun 5-6-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) təmir işləri aparılacaq.

 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox