AZ

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır

b33f4a41feac19e2714e4bd54c296933.jpg
05.08.2022 15:40

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.

 

Bu barədə TED.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

 

Xatırladaq ki, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox