AZ

Türkiyədə elektriklə işləyən avtobuslar - İLK DƏFƏ

 

0f0ba19fa3b042d3d049c92d53ecf2a8.jpg
05.08.2022 20:40

Türkiyədə ilk dəfə olaraq ultrasürətli şarj olunma xüsusiyyətinə malik lityum akkumlyatorlu avtobuslar  test üçün yollara çıxıb. Həm ekonom, həm də ekologiyaya faydalı olan bu avtobuslar saatda 90 kilometr sürətlə hərəkət edə bilir. Avtobuslar ilk dəfə “gələcəyin şəhəri” adlandırılan Samsunda küçələrə çıxıb. Test üçün 20 ictimai nəqliyyat  dövriyyəyə buraxılıb.

 

Avtobusların akkumlyatorlarını Türkiyənin “Aselsan” şirkəti hazırlayır. Avtobus bütövlükdə qardaş ölkənin özündə istehsal olunur. Neft və ya benzinlə işləyən ictimai nəqliyyatın gündəlik xərci 500 Tl tutduğu halda, bu avtobuslar 90 Tl xərc tələb edir. Avtobus 3 saata şarj olunur. Tam şarj edildiyində 400 kilometr yol qət edə bilir.

 

Bu avtobusların xidməti  tramvay və trolleybuslardan 12 qat daha ucuz başa gəlir.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox