AZ

“Bakcell” işçi sayını 1 600 nəfərə çatdırır

 

b094c0592d8ffa1241453694684d2379.jpg
08.08.2022 10:58

“Bakcell” MMC 2021-ci il ərzində işçi sayını xeyli artırıb.

 

Bunu TED.az-a telekommunikasiya şirkətinin illik hesabatına istinadən xəbər verir.

 

Bildirilir ki, 1 yanvar 2022-ci il tarixinə 1 575 nəfər işçisi olub.

 

Bu da illik müqayisədə 169 nəfər, yaxud 12 faiz artım deməkdir.

 

Hesabatda qeyd edilir ki, işçilərin 1 030 nəfəri kişi, 545 nəfəri isə qadındır.

 

Kişilərin 189 nəfəri yüksək vəzifədə çalışan kişilər və 70 nəfəri isə qadınlar olub.

 

İşə götürlənlərdən 206 nəfərinin yaşı 30-dan aşağı, 193 nəfəri 30-50 yaş arası olmuşdur.

 

Qeyd edək ki, milli mobil operator 1996-cı ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 9.91 milyon ABŞ dollarıdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox