AZ

Sabahın hava proqnozu açıqlanıb

 

8b4ee555543e1d61576e2532a6d6d78d.jpg
26.09.2022 12:20

Sentyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorlogiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox