AZ

ÜST rəhbərini pandemiyaya görə təhdid edirlər

 

5821dad288773783ba430c41681d5fe2.jpg
27.09.2022 20:20

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus yeni koronavirus pandemiyası fonunda təhdidlərdən şikayətlənib.

 

“The Washington Post”a müsahibə verən qurum rəsmisi qeyd edib ki, ona həyati təhlükəli mesajlar gəlib:

 

“Təhdidlər mənə birbaşa SMS vasitəsilə göndərilir. Mənim nömrəmi haradan aldıqlarını bilmirəm”.

 

Gebreyesusun sözlərinə görə, onun evində siqnalizasiya sistemi quraşdırılıb və işçilər ona müşayiət etmək üçün mühafizəçi işə götürməyi təklif edirlər.

 

Təşkilat rəhbərini konkret kimin təhdid etdiyi açıqlanmır.

 

ÜST-ün baş direktoru onun Efiopiyaya qayıtmasının təhlükəsiz olmadığını da bildirib. Nəşrin məlumatına görə, o, Tiqray əyalətindəki vəziyyətə görə ölkə hakimiyyətini tənqid edib.

 

Gebreyesus hesab edir ki, hazırda yeni koronavirus pandemiyasının sona çatması barədə danışmaq tezdir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox