AZ

Nazirlik məktəblərdə yüksəksürətli internet üçün 4 milyon manat xərcləyəcək

 

d16f4f9b3d83a4e248a5f71770cd3827.png
27.09.2022 21:40

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “BTH” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

 

TED.az xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə çıxışının təmin olunması, o cümlədən pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiber optik kabellə internetə qoşulması işlərinin satınalınması nəzərdə tutulur.

 

Müqavilənin dəyəri isə 3 994 417 manatdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox