AZ

Türkiyənin Müdafiə Sənayesi-Universitet əməkdaşlığı öz bəhrəsini verdi: Gəmilər üçün “Colight” sistemi

 

8225ce6fc6f5ada1310092d3d3f8814a.png
28.09.2022 10:00

 Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan STM universitet-sənaye əməkdaşlığı fəaliyyətləri çərçivəsində daha bir mühüm uğura imza atıb.

 

Bahçeşehir Universitetinin BAUMIND adlı araşdırma-inkişaf təşkilatı və STM arasında 2012-ci ildən bəri davam edən əməkdaşlıq fəaliyyətləri çərçivəsində hazırlanan “Co-Light” adlı Sualtı İşıqlandırma Sisteminin təhvil-təslimatı həyata keçirilib.

 

Gəmi Təmiri Baş İdarəsinə üç ədəd “Co-Light” sistemi təhvil verilib. Gölcük Gəmiqayırma Zavodu Komandanlığında təşkil edilən təslim mərasimi ilə Sualtı İşıqlandırma Sistemi Gəmiqayırma Zavodu və Gəmi Təmiri Baş Müdirliyinə bağlı Baxım və Təmir Komandanlıqlarında istifadə ediləcək.

 

“Co-Light” sistemi müvafiq Gəmiqayırma/Baxım və Təmir Komandanlığı tərəfindən dalğıc qrupları vasitəsilə su altında daha ətraflı aşkarlamalara imkan verəcək, döyüş gəmilərinin gövdəsinin tədqiqi ehtiyacı səbəbindən dok fəaliyyətini minimuma endirəcək.

 

Limandakı dalğıcların köməyi ilə gəmilərin gövdəni araşdırmasına, sualtı qaynaq və təmir fəaliyyətlərinə imkan verəcək “Co-Light” sistemi ilə su altında daha aydın və detallı görüntü əldə ediləcək. “Co-Light” həmçinin sualtı fotoqrafiya fəaliyyətləri üçün istifadə olunacaq.

 

BAU ilə STM arasında əməkdaşlıq çərçivəsində verilən məsləhət və sahə ekspertizası ilə Yerüstü və Sualtı Optik Rabitə Sistemləri hazırlanıb və bu məhsullar STM-ə lisenziyalaşdırılıb.

 

Bu məhsullar arasında STM-in baş podratçısı tərəfindən davam edən layihə çərçivəsində Səthi Optik Rabitə Sistemi xaricə ixrac edilib. Bundan əlavə, TÜBİTAK ilə imzalanan müqavilələr vasitəsilə sözügedən bütün sistemlər üçün patent dəstəyi alınıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox