AZ

“Meta” Rusiyanı “Facebook”da dezinformasiya şəbəkəsi yaratmaqda ittiham edir

 

5e9a0b7a22664821d2dbd5511a104125.jpg
28.09.2022 11:20

“Meta” korporasiyası Rusiyanı “Facebook”da dezinformasiya şəbəkəsi yaratmaqda ittiham edir.

 

Bu barədə “Associated Press” məlumat yayıb.

 

“Meta” Britaniyanın “The Guardian” qəzeti və Almaniyanın “Der Spiegel” jurnalı da daxil olmaqla xəbər mənbələrini təqlid etmək üçün 60-dan çox saytın yaradıldığını iddia edir. İddiaya əsasən, 1 600-dən çox saxta “Facebook” hesabından yalan məlumat və mənbələrə keçid yerləşdirmək üçün istifadə edilib.

 

Korporasiya rəhbərliyi bu hesablarda Rusiyanın xarici agentliklərlə əlaqəsinin yaradılmasını da qeyd edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox