AZ

“Whatsapp”da yeni maraqlı funksiya işə düşür - FOTO

 

46c00b65f48da2b3762918f9480e1fd8.jpg
28.09.2022 11:57

Artıq “WhatsApp” istifadəçiləri mobil cihazlarında zənglər üçün keçid paylaşa biləcəklər. Oxşar xüsusiyyət “FaceTime”, “Zoom” və digər konfrans proqramlarında mövcuddur.

 

Bildirilir ki, artıq bəzi istifadəçilər “Zənglər” bölməsində “Zəng üçün keçid yarat” bəndini görürlər; Bu bəndi kliklədikdə avtomatik olaraq zəngə yönləndiriləcəklər.

 

Funksiya bütün “WhatsApp” istifadəçiləri üçün (kontaktlar siyahısında olmasalar belə) işləyir.

 

Zəng keçidlərinin bir həftə ərzində bütün “WhatsApp” istifadəçiləri üçün əlçatan olacağı bildirilir.

 

Messencerin nümayəndələri həmçinin 32 nəfər üçün başdan-ayağa şifrələmə ilə videozənglər üzərində iş apardıqlarını bəyan ediblər. Təhlükəsiz qrup videozənglərinin nə vaxt əlçatan olacağı barədə hələlik məlumat yoxdur.

 

Mənbə: Tech Yorker

 

TWITTER LINK 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox