AZ

Azərbaycanda 164 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

 

df20d0eb9a10a044e524dab464308160.jpg
28.09.2022 16:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, 9 910 nəfər vəfat edib, aktiv xəstə sayı 1 071 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3 054, hazırkı dövrədək isə 7 245 111 test aparılıb.

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox