AZ

“Azərbaycan Dəmir Yolları” Sumqayıt-Pirşağı-Bakı qatarında sıxlıqla bağlı açıqlama yayıb

 

1c3387b46c8f52e6a92142a9fd6cacc5.jpg
28.09.2022 18:20

Sentyabrın 15-dən 27-dək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 min 104 nəfər sərnişin daşınıb, bunun 81 faizini Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19 faizini Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib. Hazırda hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunsa da, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib.

 

TED.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilib.

 

Xatırladaq ki, hazırda QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Bir qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır. Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox