AZ

Asiya İnkişaf Bankı Azərbaycandakı texnologiya startaplarının ekosisteminə dair nəşrini təqdim edib

 

75e0373e6ab3fa982fb53e1df8821381.jpg
31.10.2022 16:40

Asiya İnkişaf Bankı (AİB) Azərbaycandakı texnologiya startaplarının ekosisteminə dair nəşrini təqdim edib.

 

"Azərbaycanda texnologiya startaplarının ekosistemi: Bakı, Gəncə və Sumqayıt" adlı hesabat AİB-in ölkədə həyata keçirdiyi "Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı" layihəsi çərçivəsində dərc edilib.

 

TED.az xəbər verir ki, ingilis dilində nəşr olunan hesabatda yuxarıda adları çəkilən 3 şəhərdə bu sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə bankın layihəyə cəlb etdiyi yerli və xarici mütəxəssislərin bu sahəyə aid tövsiyələri yer alıb.

 

AİB-in yeni hesabatına əsasən, Azərbaycanın texnoloji startaplar üzrə ekosistemi daha da inkişaf etdirmək

 

üçün böyük potensialı var. Bu potensialı reallaşdırmaq qurumlar arasında təkmilləşdirilmiş koordinasiya, hüquqi və tənzimləyici islahatlar, təhsilə qoyulan investisiyalar, habelə Bakıdan kənarda yeni startap mərkəzlərinə göstərilən dəstək vasitəsilə mümkündür.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox