AZ

Azərbaycanda mobil telefonlar BAHALAŞIB: 100 manat...

 

f62ea9f147914a0e094804aaec2fd387.png
23.11.2022 13:50

Azərbaycanda oktyabr ayında mobil telefonların qiyməti bahalaşıb.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir. Bütün qiymətlər orta ölçüdə götürülür.

 

Məlumata görə, oktyabr ayında 1 ədəd mobil telefonun orta qiyməti 375.49 manatdan 379.43 manata qalxıb. Beləliklə, aylıq 3.94 manat və ya 1.1 faiz bahalaşma olub.

 

Ötən ilin eyni dövründə mobil telefonlarının qiyməti 287.96 manat olub. İllik müqayisədə qiymət artımı 32 faizdir.

 

Oktyabrda mobil telefonun təmir xidmətinin orta aylıq qiyməti 93.58 manat təşkil edib ki, bu da 0.3 faiz bahalaşma deməkdir.

 

Ümumilikdə, 2021-ci ilin oktyabr ayında mobil telefonun orta qiyməti 287.9 manat idisə, bu ilin oktyabr ayında həmin qiymət 379.4 manatadək yüksəlib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox