AZ

İlon Mask bu dəfə hakeri İŞƏ GÖTÜRDÜ

 

916d104d887f443336cf2aa3cd376c6e.jpg
23.11.2022 14:00

İlon Mask “Twitter”i aldıqdan sonra işçiləri çıxarması gündəmə səbəb olmuşdu.

 

TED.az-ın məlumatına görə, indi isə yeni bir qərarı ilə sosial platformalarda diqqəti öz üzərinə çəkib.

 

Belə ki, Mask “iPhone jailbreak” və “Playstation 3”ün hack edilməsi ilə məşhurluq qazanan Corc Hotzu işə götürüb. Bu haker internetdə Geohot adı ilə bilinir.

 

Onu da qeyd edək ki, Hotz minimum əmək haqqı qarşılığında özü İlon Maska işləmək təklifi edib. Mask isə onun təklifini elə şəxsi “Twitter” hesabında qəbul edib.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox