AZ

Milli Kitabxanada “Fikrət Əmirov” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

a76b999faa132efb98e760937c4fb1da.png
23.11.2022 14:20

Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Fikrət Əmirov” adlı elektron məlumat bazası hazırlanıb.

 

Kitabxanadan TED.az-a  bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fikrət Əmirovun mükafatları” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

 

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox