AZ

Təhsil İnstitutu tələbələri vebinara dəvət edir

e7e066cd217775fd2bd9496fccf6897c.png
24.11.2022 10:20

Noyabrın 29-da Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” silsilə vebinarlar və Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” proqramı çərçivəsində “Qeyri-müəyyənlik şəraitində təchizat zənciri şəbəkəsinin dizaynı üçün məlumat təhlilinin dəyəri” mövzusunda vebinar keçiriləcək.

 

İnstitutdan TED.az-a bildirilib ki, tədbirin spikeri Massaçusets Texnologiya İnstitutunun doktorantı Austin Saragih olacaq. O, bakalavr təhsilini Purdue Universitetində sənaye mühəndisliyi üzrə, magistr təhsilini isə Corciya Texnologiya İnstitutunda analitika üzrə alıb. Həmçinin Amerika Birləşmiş Ştatlarında Massaçusets Texnologiya İnstitutunda təchizat zəncirlərinin idarə edilməsi üzrə də magistratura təhsili alıb. Hazırda Massaçusets Texnologiya İnstitutunda nəqliyyat üzrə doktorantura təhsili alır və tədqiqat üzrə assistent vəzifəsində çalışır.

 

Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək istəyənlər noyabrın 27-dək qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməlidirlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox