Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır – Əvəzində yeni avtomobil, pul ödənişi veriləcək
24.11.2022 14:40
Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.
Ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Belə ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə göndərilən sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” istiqamətində işlər davam etdirilir:
“Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək”.
TED + bölməsindən digər xəbərlər
Daha çox
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
25.04.2024
10:40
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25.04.2024
10:00
19 il əvvəl "YouTube" da yayılan ilk VİDEO - indi də baxmaq olur
24.04.2024
23:57
Ən kiçik süni intellekt modeli olan Phi - 3 Mini - ni təqdim edildi
24.04.2024
23:40
“X” sosial şəbəkəsindəki yazılar ödənişli olacaq
24.04.2024
22:57
Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı
24.04.2024
22:20
Məşhur bloqqer 5 köhnə video yaydı Bir Milyon dollar QAZANADI
24.04.2024
21:57
“Apple”in ən sərfəli telefonu açıqlandı
24.04.2024
21:40
“Xiaomi” ilk açıq qulaqlıqlarını təqdim etdi - onun üstünlüyü nədir
24.04.2024
21:20
Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət ...
24.04.2024
20:57
Azərbaycanda bəzi motosikl və velosipedlərin ...
24.04.2024
20:40
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi ...
24.04.2024
20:20
Hökumət bu xərcləri ləğv etdi
24.04.2024
19:57
“Tesla”nın bütün “Cybertruck”ları xarab çıxdı
24.04.2024
19:20
“Kia” avtomobilləri Qazaxıstanda hazırlanacaq
24.04.2024
18:57
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
24.04.2024
17:20
AMEA-da yeni şöbələr yaradıldı
24.04.2024
16:57
2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq
24.04.2024
16:40
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
24.04.2024
16:20
“Təhsil haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN
24.04.2024
15:40
Həftənin ən çox oxunanları
"Teleqram"da foto və videolarınızdan stiker yarada bilərsiniz
18.04.2024
23:57
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
22.04.2024
21:57
Elektrik enerjisindən istifadə qaydaları dəyişib
22.04.2024
17:57
“Lockheed Martin” yeni hiperses raketi “Mako” təqdim edilib
22.04.2024
23:57
Bitcoin halvingdən sonra 66 min dolları keçib
22.04.2024
19:57
Avtonom uçuş qabilliyyətinə malik F - 16 - lar gəlir