AZ

Universitetlərdə akkreditasiya prosesinə start verilib

 

1f8794bada2073ed0c8c9b538788571f.jpg
24.11.2022 14:57

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 2022-ci il 30 sentyabr tarixli qərarı ilə təsdiq edildikdən sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiya üzrə qrafiki təsdiqlənib.

 

TED.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib

 

Bildirilib ki, ali təhsil müəssisələrində akkreditasiya prosesinə start verilib.

 

Qrafikə əsasən, ilk institusional akkreditasiya qiymətləndirməsinin Azərbaycan Texniki Universitetində (AzTU) keçirilməsi nəzərdə tutulub. AzTU tərəfindən özünütəhlil qiymətləndirməsi üzrə işlər aparıldığı müddətdə Agentlik tərəfindən müstəqil ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılıb və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, “Akkreditasiya prosesinə cəlb edilən ekspertlərin hüquq və vəzifələri”, “Yekun hesabatın hazırlanması” və s. mövzularda silsilə təlim və görüşlər keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox