AZ

Azərbaycanda bu xidmətlər 1 milyon manata elektronlaşdırılır

 

f774442b46ae066dc1caf502e0f832a7.jpg
24.11.2022 15:20

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “İnfinitech” MMC ilə müqavilə bağlayıb.

 

TED.az xəbər verir ki, müqavilədə “SAP sistemində müqavilələrin icrasına dair məlumatların mübadiləsinin İSO 20022 standartlarına uyğun olaraq MX formatında aparılması, Mərkəzi Bankın Hökümət Ödəniş Portalı sistemi ilə inteqrasiyası və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalının verilənlər bazasının yenilənməsi üzrə işlərin və xidmətlər”in satın alınması nəzərdə tutulur.

 

Müqavilənin dəyəri isə 1 128 087 manatdır.

 

Tenderdə Bank təminatları haqqında məlumatların elektron qəbulu, emalı, müvafiq hesabat və bildirişlərin yaradılması, Əmək haqqı və əmək haqqıya bərabər tutulan ödənişlərə dair məlumatların elektron şəkildə qəbul edilməsi, İSO 20022 standatları əsasında MX formatında formalaşdırılması və SAP sisteminə göndərilməsi, Çox saylı fərdi ödənişlərə dair (baytarlar, nəqliyyat vasitələrinin sığortası, istehsalatda bədbəxt hadisələr halları və s.) məlumatların elektron şəkildə qəbul edilməsi, İSO 20022 standatları əsasında MX formatında formalaşdırılması və SAP sisteminə göndərilməsi nəzərdə tutulur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox