AZ

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 mlrd. manata çatıb

 

a3712757b7e7fd64ca2e7c19d7839b93.jpg
24.11.2022 15:57

Azərbaycanda bankların 84%-nin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib.

 

TED.az xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

 

O bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55%, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb.
“Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i keçib. Bu isə bir ildə 12% artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2.3 dəfə artaraq 20 milyard manat civarına çatıb”
– deyə AMB sədri əlavə edib .

TED + bölməsindən digər xəbərlər

Daha çox