AZ

“Azərbaycanda internet bankçılıq 55 % böyüyüb”

 

5b3cf18a2f153e4b9d57b5548ecb8c4f.jpg
24.11.2022 17:40

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda internet bankçılıqla aparılan əməliyyatların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55 % çox olub.

 

TED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

 

“Hazırda bank müştəriləri cari hesablar üzrə ödənişlərin 77 %-ni elektron bankçılıq vasitəsi ilə həyata keçirir. Son 1 ildə ölkədaxili nağdsız ödəniş əməliyyatlarının ümumi dəyəri isə 2.2 dəfə artaraq 20 milyard manata çatıb”, – deyə o, əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox