AZ

“2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

 

fb07805f8079a6c8e5441bff1cd11f54.jpg
24.11.2022 18:40

İlkin proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yerli və xarici turislər nəzərə alınmaqla, təxminən, bir milyon insan səfər edəcək.

 

TED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

 

“Hazırda Agentlik həmin ərazilərdə bir neçə layihə həyata keçirir. Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə ilk növbədə minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali oraya qaytarılmalıdır. Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”, – o qeyd edib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox